Vətən müharibəsindən sonra 493 hərbçi 610 ədəd yüksək texnologiyalı protezlə təmin edilib
16.04.2025 17:39

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sosial dəstək göstərilməsi işlərinin bir istiqaməti də həmin şəxslərin son nəsil protezlərlə təmin edilməsidir.

 

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 493 hərbçi 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin olunub.

 

Bu barədə Aztibb.az-a Nazirlikdən xəbər verilib. 

 

Bildirilib ki, eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatı həyata keçirilir və artıq 14 hərbçi 15 ədəd idman protezi ilə təmin edilib.

 

Aktivlik və funksionallığı ilə seçilən yüksək texnologiyalı protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit, inamlı hərəkət imkanına malik olur. Bu protezlərlə sosial həyata daha tez və rahat inteqrasiya edir, hətta idmanla məşğul olaraq, idman yarışlarında da iştirak edə bilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır