ÜST qızılca xəstəliyi hallarının sayının 1996-cı ildən etibarən ən yüksək həddə çatdığını bildirib
13.11.2020 22:10

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, dünyada qızılca xəstəliyinin hallarının sayı xeyli artıb. Belə ki, 2019-cu ildə yoluxma hallarının sayı 870 minə çatıb - bu, 1996-cı ildən bəri ən yüksək göstəricidir. 

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, xəstəlikdən ölənlərin sayı cəmi üç il ərzində 50 faiz artıb.

 

Ötən il yoluxma hallarının əksəriyyəti - 73 faizi doqquz ölkəyə - Gürcüstan, Qazaxıstan, Ukrayna, Şimali Makedoniya, Madaqaskar, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Samoa Və Tonqa Krallığına təsadüf edib.

 

Ekspertlər qeyd edirlər ki, Ukraynada qızılca epidemiyası əhalinin və tibb işçilərinin peyvəndlərə inamsızlığı, eləcə də onların tədarükü və saxlanması ilə bağlı problemlər səbəbindən baş verib.

 

ÜST qeyd edir ki, bundan əvvəl, bu xəstəliklə mübarizədə əhəmiyyətli irəliləyişə nail olunub. 2016-cı ildə dünyada rekord sayda yoluxma hallarının aşağı olması qeydə alınıb.

 

Dünyanın bütün regionlarında baş verən yeni qızılca epidemiyasının səbəbi vaksinasiya problemləri, o cümlədən koronavirus pandemiyası ilə bağlı immunizasiya kampaniyaları zamanı əhəmiyyətli gecikmələr, bəzi hallarda isə əhalinin peyvənddən imtina etməsi olub.

 

ÜST-dən bildirirlər ki, bu gün əhalinin iki əsas dərmanla - MCV1 və MCV2 ilə vaksinasiya nisbəti müvafiq olaraq 85 və 71 faiz təşkil edir, təsirli qızılca nəzarəti üçün əhatə dairəsi isə ən az 95 faiz olmalıdır.

 

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) və ÜST-ün mütəxəssisləri qızılca və poliomielit epidemiyasından xilas olunmaq üçün mümkün olan hər bir tədbir görməyə və koronavirus pandemiyasına baxmayaraq uşaqları bu xəstəliklərə qarşı peyvənd etmək üçün planlı kampaniyalar həyata keçirmək çağırışı ilə çıxış etmişdilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır