Elnur Şıxəliyev birinci vitse-prezident seçilib
14.04.2025 12:59

Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti və idarə heyətinin sədri, beynəlxalq dərəcəli idman ustası və hakim, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) idarə heyətinin fəxri üzvü və sədr müavini Elnur Şıxəliyev Avropa Kəndirlə Mübarizə Federasiyasının 1-ci vitse-prezidenti seçilib.

 

Bu barədə Aztibb.az-a AQDİM-dən məlumat verilib.


Bildirilib ki, Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində Avropa Kəndirlə Mübarizə Federasiyasının Baş Assambleyasının iclası keçirilib. Tədbirin gündəliyində ötən ilin yekunları, büdcə və iş planı, 2025, 2026, 2027-ci illərdə təşkil olunacaq yarışlar, idarə heyəti, auditorlar və namizədlər komissiyası üçün seçki, "ETWF General Assambly" iclasına 2026-cı ildə ev sahibliyi edəcək ölkənin səsvermə yolu ilə seçilməsi, eləcə də yeni namizəd ölkənin üzvlüyə qəbulu və bir sıra məsələlər öz əksini tapıb.

 

Əvvəlcə Avropa Kəndirlə Mübarizə Federasiyasının prezidenti Ralf Brauninger tədbir iştirakçılarını salamlayıb və təşkilatçılığa görə Serbiya Kəndirlə Mübarizə Federasiyasının rəhbərliyinə təşəkkür edib.

 

Sonra qrumun baş katibi Anders Anderson 2024-ci ilin yekun hesabatını və 2025-ci ilin fəaliyyət planını iştirakçılara təqdim edib.

 

İclasda Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti Elnur Şıxəliyev 30-31 may 2025-ci il tarixlərində Bakı şəhərində təşkil olunacaq "TURAN CUP, OPEN" turniri, Azərbaycan mədəniyyəti və ölkəmizdə kəndirlə mübarizə idmanının mövcud vəziyyəti haqqında ətraflı məlumat verib.

 

Sonra idarə heyətinin və üzvlərin qərarı ilə Bosniya Herseqovina Kəndirlə Mübarizə Assosiasiyası Avropa Kəndirlə Mübarizə Federasiyasına üzv qəbul olunub.
Həmçinin iclasda Avropa Kəndirlə Mübarizə Federasiyasının idarə heyətinə seçkilərdə Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti Elnur Şıxəliyevin namizədliyi irəli sürülüb.

 

Səsvermə zamanı üzvlərin səs çoxluğu ilə Elnur Şıxəliyev Avropa Kəndirlə Mübarizə Federasiyasının 1-ci vitse-prezidenti seçilib.

 

Elnur Şıxəliyev qrumun idarə heyətinə və üzvlərə göstərdikləri etimada görə təşəkkür edib və kəndirlə mübarizə idmanının Avropa və Dünyada inkişafına hər zaman dəstək olacağını vurğulayıb.

 

Həmçinin səsvermənin nəticəsinə əsasən 2026-cı ildə Avropa Kəndirlə Mübarizə Federasiyasının Baş Assambleyasının iclasının Bakı şəhərində keçirilməsi təsdiqlənib.


Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır