Dünyanın ən kiçik ürək batareyası
09.04.2025 18:12

Amerikalı elm adamları dünyanın ən kiçik ürək batareyasını hazırlayıblar. Düyü dənəsindən belə kiçik olan texnologiya ürək döyüntülərini müvəqqəti nizamlamaq üçün nəzərdə tutulub.

 

Aztibb.az bu barədə news.northwestern.edu-ya istinadla xəbər verir.

 

Yeni simsiz cihazın diametri 1, uzunluğu isə 3,5 millimetrdir. İynə ucuna sığacaq boyda olan batareya doğuşdan ürək xəstəliyi ilə dünyaya gələn azyaşlılar üçün əlverişlidir. Həmçinin ürək əməliyyatından sonra ritmi nizamlamaq məqsədilə də istifadə oluna bilər. İndiyə qədər olan ürək cihazları kabelli idi. Onları çıxaranda problemlər yaşanırdı. Hətta 2012-ci ildə bu səbəbdən astronavt Neil Armstrong həyatını itirmişdi. Yeni cihaz isə xəstənin bədəninə inyeksiya edilir, hər hansı simə ehtiyac yoxdur.

 

Cihaz indiyə qədər siçan, donuz və itlər üzərində sınaqdan keçirilib. ABŞ-ın Northwestern Universitetinin professoru John Rogers cihazın 2-3 il ərzində insanlar üzərində sınaqdan keçiriləcəyini bildirib. Çikaqo Universitetinin professoru Bozhi Tian isə yeni ürək cihazının tibb sahəsində inqilabi yenilik olduğunu və onun yalnız kardiologiya deyil, sinir bərpası, yara sağalması kimi sahələrdə də yeni imkanlar yaradacağını vurğulayıb

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır