TƏBİB-in dəstəyi ilə I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı baş tutub
09.04.2025 10:03
TƏBİB-in, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Respublika Pediatriya Mərkəzinin və “Çocuk Acil Yoğun Bakım Derneği”nin təşkilatçılığı ilə I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı keçirilir.
Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.
Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, “Ankara Universiteti Cebeci Hastanesinin” baş həkimi Tanıl Kendirli, “Türk Çocuk Acil Yoğun Bakım Derneği”nin rəhbəri, professor Özlem Tekşam, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, eləcə də tibb işçiləri iştirak ediblər.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxışında bildirib ki, səhiyyə sahəsinə, xüsusilə uşaqların sağlamlığına olan dövlət dəstəyi, qayğısı hər zaman hiss olunub. A.İsrafilov qeyd edib ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb və mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması və uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılması olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə 3 315 tibbi xidmət aiddir və onların bir hissəsi yenidoğulmuşlara, eləcə də uşaqlara aid olan tibbi xidmətlərdir. Milli Peyvənd Təqvimində yer alan peyvəndlər, immunizasiya tədbirləri, uşaqların müalicə və müayinələri üçün göndərişlərin verilməsi icbari tibbi sığorta ilə qarşılanır. Həmçinin uşaqlarda tez-tez rastlaşan tənəffüs sisteminin, həzm sistemi xəstəliklərinin müalicəsi və anadangəlmə ürək qüsurlarının müalicəsi, koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi kimi əməliyyatlar sığorta hesabına qarşılanır.
Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov son illərdə Azərbaycanda tibbin inkişafı üçün saysız islahatların aparıldığını diqqətə çatdırıb. O bildirib ki, 3 000-dən çox tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, hər il xidmət çeşidliliyinin artırılması, tibbi xidmətin asan əlçatanlığının təmin edilməsi, kadr islahatlarının aparılması, xaricdə təhsil alan və yüksək təcrübəyə sahib olan mütəxəssislərin işə cəlb edilməsi aparılan islahatların nümunələrindəndir.
“Ankara Universiteti Cebeci Hastanesinin” baş həkimi, konfransın həmsədri Tanıl Kendirli I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransının 3 kursdan, 12 panel və 35 pediatriyanın ən aktual mövzularını əhatə edən təqdimatlardan ibarət olduğunu diqqətə çatdırıb.
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Türkiyə və Azərbaycan arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. B.Akgün vurğulayıb ki, TİKA tərəfindən nümayəndəliyi açılan ilk ölkələrdən biri Azərbaycandır və 1994-cü ildən etibarən qurum tərəfindən ancaq sağlamlıq istiqamətində 160 layihə icra olunub.
Ankara Universitetinin rektoru, professor Nejdet Ünüvar konfransa onlayn olaraq qoşulub. Konfrans iştirakçılarını salamlayan professor tədbirin işinə uğurlar arzulayıb və pediatriya istiqamətində görülən işlər barədə məlumat verib.
Konfrans bədii hissə ilə davam edib.
Daha sonra Azərbaycan və Türkiyənin aparıcı universitetlərinin ixtisaslaşmış həkim və professor heyəti tərəfindən pediatriyanın müxtəlif sahələrinə dair mövzular, tənəffüs sisteminin təcili vəziyyətləri, kardiologiya, nevrologiya, nefrologiya, hematologiya, allerqologiya, travma və digər təcili hallara aid mövzularda panel müzakirələri təşkil olunub.Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 16 DTT balı ilə qiymətləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29.09.2026 | 12:15
47 müraciət, 20 namizəd: ATU-da əcnəbilər üçün rezidentura və magistratura nəticələri
25.09.2026 | 14:32
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
03.09.2026 | 09:00
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

