Liberiya höküməti 10800 doza M çiçəyi peyvəndi alır
08.04.2025 16:16

Qərbi Afrika ölkələrindən biri olan Liberiya, M çiçəyi virusu (Mpox) epidemiyası ilə mübarizə çərçivəsində göndərilən 10 800 doza peyvəndi alıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, AB Komissiyasının Səhiyyə Fövqəladə Hallara Hazırlıq və Cavab Agentliyi tərəfindən Liberiyaya 10,800 doza M-pox peyvəndi göndərilib.

 

Səhiyyə Nazirliyi yanında İmmunlaşdırma üzrə Genişləndirilmiş Proqramın (EPİ) direktoru Yuah Nemah bildirib ki, ölkə üzrə peyvəndçilərin hazırlığı davam edir.

Təlimin birinci mərhələsi başa çatsa da, ikinci mərhələ başa çatdıqdan sonra hədəf qruplara vaksinlər vurulmağa başlayacaq.

 

Qeyd edək ki, M çiçəyi virusu siçan və dələ kimi gəmirici heyvanlardan və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun yaratdığı bədən səpgilərinə toxunmaq, çirklənmiş paltar, çarşaf, dəsmal və buna bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq yoluxmanın ən mühüm səbəblərindəndir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır