Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 180-ə çatdırılıb  
07.04.2025 11:34

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı 180-ə çatdırılıb.

 

Bu barədə Atibb.az-a Agentlikdən məlumat verilib.

 

Məlumata görə, bu siyahıya paytaxtda və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar daxildir.

 

Qeyd edək ki, dövlət tibb müəssisəsi tərəfindən göndəriş verildikdən sonra Agentliklə müqaviləsi olan özəl xəstəxanalar arasında pasiyentlər sərbəst şəkildə seçim edə bilərlər. Göndəriş verilən zaman və ya sonrasında konkret tibb müəssisəsinə yönləndirilmə kimi hallara yol verilməməlidir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur.

 

Belə ki, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə pasiyentə SMS-lə birdəfəlik kod göndərilir. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunur. SMS-i aldıqdan sonra vətəndaş 3 vasitə ilə özəl xəstəxana arasından seçim edə bilər.

 

Göndəriş əsasında özəl xəstəxanaya müraciət etdiyiniz zaman icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlər üçün əlavə ödəniş edilməməlidir. Vətəndaşa göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən həmin xəstəxanaya ödənilir. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edildiyi halda isə pasiyent həmin xidmətin dəyərini xəstəxanaya öz vəsaiti hesabına ödəyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır