"Sağlamlığa Doğru Qaç!” layihəsinin növbəti mərhələ yarışı Mingəçevirdə keçirilib
06.04.2025 20:51

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun təşkilatçılığı ilə Mingəçevir şəhərində səhiyyə işçiləri və Tibb kollecinin tələbələri arasında “Sağlamlığa Doğru Qaç!” adlı növbəti mərhələ yarışı keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi böyük ehtiramla yad edilib.

 

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Yarışın əsas məqsədi 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilən “Sağlamlığa Doğru Qaç!” layihəsi çərçivəsində tibb işçilərinin fiziki sağlamlığını təşviq etmək, asudə vaxtlarını səmərəli keçirmək, həmkarlar arasında birliyi gücləndirmək və yeni dostluqlar qurmaqdır.


Yarışda Mingəçevir şəhəri ilə yanaşı, Ağdaş, Ucar, Yevlax, Goranboy və Göyçay rayonlarından olan səhiyyə işçiləri də iştirak edib. 5 km məsafəni uğurla qət edən qadın və kişi iştirakçılar arasında ilk üçlükdə yer alan qaliblərə diplom və hədiyyələr təqdim olunub.

 

Tədbirin bədii hissəsində Mingəçevir Tibb Kollecinin tələbəsinin təqdim etdiyi milli rəqs alqışlarla qarşılanıb.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır