Sevda Əliyeva AQDİM-nin baş psixoloqu təyin olunub
05.04.2025 17:53

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) idarə heyətinin qərarı ilə Sevda Gülbaba qızı Əliyeva mərkəzin baş psixoloqu kimi fəaliyyət göstərəcək.

 

Bu məlumat Aztibb.az-a AQDİM-dən verilib.

 

Psixoloq donorlarla danışaraq onların qan verməyə nə üçün qərar verdiklərini, bu qərarın arxasında duran şəxsi və sosial motivasiyaları araşdıra bilər. Bəzi donorlar iynə qorxusu, huşunu itirmə ehtimalı və ya ilk dəfə qan vermə təcrübəsi səbəbilə narahatlıq yaşayırlar. Psixoloq bu insanlarla söhbət edərək onların narahatlıqlarını azalda, relaksasiya texnikaları və ya müsbət düşüncə strategiyaları təklif edə bilər.

 

Tədqiqatlar göstərir ki, təşəkkür və tanınma hissi donor davranışını müsbət istiqamətdə təsir edir.

 

AQDİM-nin əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Eyni zamanda, qan donorluğu, irsi qan xəstəliyi, həmçinin qohum evliliyinin yaratdığı fəsadlar haqqında gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.

 

Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır