“Həkimlərimizi tanıyaq!” rubrikası peşəkar təbiblərimizi tanıtmaqda davam edir!
06.04.2025 10:45
“Həkimlərimizi tanıyaq!” rubrikamızda insanlara şəfa bəxş edən, səmimi xarakteri ilə xəstələrə səhhətlərindəki problemləri unutduran, cəfakeş təbiblərdən biri Əliyev Əli Əmirxan oğlunu oxuculara təqdim edirik.
 
Əliyev Əli Əmirxan oğlu 1961-ci ildə Yevlax rayonunda anadan olub. 1978-1984-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1984-1985-ci illər ərzində Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçib.
 
O, 1985-1986-ci illərdə Yevlax Rayon Təcili Tibbi Yardım Stansiyasında həkim, 1986-1991-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-psixiatr, 1991-1996-ci illərdə Tibbi Sosial Ekspertiziya Komisiyasında ekspert nevropatoloq, 1998-2004-cü illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifələrində çalışıb. 2004-2017-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-psixiatr kimi fəaliyyət göstərib.
 
Daha sonra 2017-2022-ci illərdə Mingəçevir Ruhi Əsəb Dispanserində həkim-psixiatr işləyib. 2022-ci ildən etibarən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-psixiatr kimi fəaliyyətini davam etdirir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır