“Həkimlərimizi tanıyaq!” rubrikası: Fizioterapevt-reabilitoloq Səidə Kərimova 
05.04.2025 10:10
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə bilik və bacarığına görə, xəstələrə qayğı ilə yanaşmasına, mehribanlığına görə pasiyentlər arasında böyük hörmət və rəğbət qazanmış Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə Kərimovanı təqdim edirik.
 
Səidə Kərimova 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2007-2008-ci illərdə internatura keçib. 2012-2016-cı illərdə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda fizioterapiya və reabilitasiya üzrə rezidentura proqramını bitirib.
 
O, 2016-cı ildə Mərkəzi Gömrük Hospitalında fizioterapevt-reabilitoloq kimi fəaliyyətə başlayıb, 2023-cü ildən isə Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi kimi fəaliyyət göstərir.
 
Həkim pasiyentlərdə vertebroloji, nevroloji reabilitasiyanı, ortopedik və neyrocərrahiyyə əməliyyatlardan sonra tibbi bərpa, ağrı sindromları, idman travmaları, pediatrik reabilitasiya, dayaq hərəkət, sinir, tənəffüs sisteminin xroniki, kəskin patologiyalarının müasir fizioterapevtik müalicəsini və reabilitasiyasını həyata keçirir. 
 
Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında tətbiq olunub. Səidə Kərimova skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edərək istənilən yaşda olan pasiyentlərdə skoliozun dərəcəsinin azaldılmasını, normal duruşun bərpasını və yeni metodla müalicəsini həyata keçirir.
 
Səidə Kərimova daim öz üzərində çalışır, öz sahəsi üzrə Almaniya, İspaniya, İtaliya, Avstriyada kimi dünyanın bir sıra xarici ölkələrində keçirilən təlimlərdə iştirak edir, tibb elminin yeniliklərini, müasir texnologiyaları və qabaqcıl beynəlxalq təcrübəni xəstəliklərin müayinə və müalicəsində istifadə edir. O, 2011-ci ildə Almaniyanın Hamburq şəhərində Eppendorf Universitetinin Klinikasında təlim keçmiş, 2022-ci ildə Portuqaliya Respublikası, Lissabon şəhərində Fizioterapiya və Reabilitasiya üzrə 16-cı Dünya Konqresdə, həmin ildə Bakı şəhərində keçirilmiş “Ürək xəstələrində poliklinik reabilitasiya mərhələləri" mövzusunda təlimdə və digər müxtəlif elmi tədbirlərdə iştirak edib. 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır