“Rezidenturaya birlikdə hazırlaşaq” layihəsi çərçivəsində növbəti vebinar
24.07.2020 16:22

Azərbaycan Tibb Universiteti (ATU), universitetin Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Rezidenturaya birlikdə hazırlaşaq” layihəsinə start verib.

 

Layihə çərçivəsində rezidenturaya hazırlaşan tələbə və məzunların hazırlıq prosesinə dəstək vermək məqsədilə müvafiq fənnlər üzrə ekspertlərin tələbələrlə onlayn görüşləri təşkil olunur.

Növbəti onlayn görüş-vebinar Patoloji anatomiya fənni üzrə baş tutub.

 

ATU-nun Patoloji anatomiya kafedrasının tədris hissə müdiri, dosent Müşfiq Orucov və dosent Rasim Niftalıyev fənn üzrə imtahana hazırlıqla bağlı tövsiyələrini bölüşüb, tələbələr tərəfindən onlara ünvanlanan sualları cavablandırıblar.

 

Onlayn görüş "Zoom" platforması üzərindən həyata keçirilib və təşkilatın "Facebook" səhifəsində canlı yayımlanaraq geniş izləyici kütləsinə çatdırılıb.


2 saatdan artıq davam edən vebinardan ümumilikdə 200 nəfərdən çox tələbə və məzun yararlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır