Respublika Kliniki Uroloji Xəstəxanasında bukkal uretroplastika əməliyyatı uğurla həyata keçirilib  
04.04.2025 15:58
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında 40 yaşlı kişi pasiyent üzərində bukkal uretroplastika əməliyyatı uğurla həyata keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan bildirilib ki, pasiyent uzun müddətdir sidiyə getməkdə çətinlik çəkib və müxtəlif uroloqlara müraciət edərək müalicələr alıb. O, iki dəfə meatotomiya əməliyyatı keçirib və bir neçə dəfə uretranın bujlaması prosedurundan keçsə də, müsbət nəticə əldə olunmayıb.
 
Xəstəxanaya müraciət etdikdən sonra aparılan zəruri müayinələr nəticəsində ona penil uretranın 4,5 sm daralması diaqnozu qoyulub.
 
Urologiya şöbəsinin müdiri, tibb elmləri namizədi, uroloq Rüstəm Şibliyev tərəfindən pasiyentə bukkal uretroplastika əməliyyatı icra edilib.
 
Hazırda pasiyent stasionar müalicəsini davam etdirir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır