Biofizika İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib
05.04.2025 12:27

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası baş direktor, AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə keçirilib.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, iclasda “Sabahın Alimləri” XIV Respublika Layihə Müsabiqəsinin final mərhələsi müzakirə olunub. Bildirilib ki, Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Əlizadə Leyla və Quluzadə Gülay Biofizika İnstitutunda dosent Sevinc Cəfərovanın rəhbərliyi ilə tədqiqat apararaq Tibb və Sağlamlıq nominasiyası üzrə I yerə layiq görülüb və qızıl medalla təltif olunublar.

 

Biofizika İnstitutunun rəhbərliyi şagirdlərin bu uğurunun qazanılmasında xüsusi əməyi keçən, peşəkarlığı və elmi rəhbərliyi ilə gənc tədqiqatçıların yetişməsinə töhfə verən, öz sahəsində nüfuzlu mütəxəssis olan Sevinc Cəfərovaya təşəkkür edib və ona Təşəkkürnamə təqdim edib. Onun rəhbərliyi altında aparılan tədqiqatların yüksək elmi dəyəri və gənclərə verdiyi dəstək institut tərəfindən yüksək qiymətləndirilib.

 

Bundan əlavə, iclasda Biofizika İnstitutunda ixtisas fənnindən fəlsəfə doktoru imtahanının keçirilməsi ilə bağlı “Biofizika” ixtisası üzrə suallar müzakirə olunaraq səsvermə yolu ilə təsdiqlənib.

 

Həmçinin, AR ETN Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 18 mart 2025-ci il tarixli 3 məktubu müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

 

İclasın sonunda bir sıra cari məsələlərə baxılıb və müzakirələr aparılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır