Mərkəzi Gömrük Hospitalında tədbir: “Korrupsiyaya qarşı mübarizə”   
04.04.2025 10:52

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2025-ci il üçün Tədbirlər Planı”na uyğun olaraq Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2025-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, tədbirdə hospitalın rəhbər şəxsləri, şöbə rəisləri, inzibati işçilər, baş və böyük tibb bacıları iştirak ediblər.

 

Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım korrupsiyaya şərait yaradan halların qarşısının alınması sahəsində vacib tədbirlər, korrupsiya əməllərinə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, korrupsiyanın tibb sahəsinə göstərdiyi neqativ təsirləri barədə ətraflı məlumat verib. O, antikorrupsiya davranış modelinin formalaşdırılması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə 2025-ci il üçün əməkdaşlar üçün maarifləndirici təlimlərin keçiriləcəyini bildirib.

 

Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev korrupsiyaya qarşı mübarizə çərçivəsində hospitalın fəaliyyətinin şəffaf və uğurlu təşkili sahəsində həyata keçirilən işlər, korrupsiya hüquqpozmalarına qarşı ciddi və səmərəli mübarizə üsulları, eləcə də qarşıda duran tədbirlərdən danışıb. Baş həkim Bəxtiyar Musayev bütün əməkdaşları korrupsiyaya qarşı mübarizədə fəal iştirak etməyə, bu mövzuda diqqətli və həssas olmağa dəvət edib.

 

Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır