Vətən müharibəsinin şəhid həkimləri haqqında film hazırlanıb
31.03.2025 18:13

Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü və Yasamal Rayon Mərkəzi Kitabxanasının tərəfdaşlığı ilə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidməti vəzifə borclarını yerinə yetirərkən  böyük şücaətlər göstərərək canlarından keçən Azərbaycan səhiyyəsinin fədakar həkimləri haqqında portret film hazırlanıb.

 

Aztibb.az xəbər verir ki, layihənin məqsədi gənclərdə milli təfəkkürün formalaşdırılması, yeniyetmə və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də Vətənə sevginin ideal nümunəsi kimi mərdlik və fədakarlıqla canlarından keçən həkimlərimizin örnək həyatını işıqlandırmaq, onların işıqlı xatirəsini kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir.

 

Layihənin rəhbəri Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyevdir.

 

Qeyd edək ki, Vətən müharibəsində 10-u həkim olmaqla 44 nəfər tibb işçisi şəhid olub, onlardan biri 44 günlük Vətən müharibəsinin xanım şəhidi tibb bacısı Arəstə xanım Baxışovadır.

 

Filmin ithaf olunduğu qəhrəmanlar Rasim Abdullayev, Anar Məmmədov, Turqut Xəlilbəyli, Adil Əfəndiyev, Mirlətif Ağayev, Tariyel Salmanov, Eldar Abdullayev, Azər Şamilov, Nurlan Fərəməzov, Şöhrət Qasımov kimi qəhrəman həkimlərimizdir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır