Mahirə Məmmədova: "Yaddaşın pozulması mərkəzi sinir sisteminin metabolizminin pozulması ilə əlaqədar ola bilər"
29.03.2025 12:03

"Yaddaş pozulması (epizodik və daimi) ən çox rast gəlinən və həyat keyfiyyətini pisləşdirən atologiyalardan biridir. Statistikaya görə, Yer kürəsi əhalisinin dörddə birində müxtəlif ağırlıq dərəcəli yaddaş pozulmaları qeyd olunur”.

 

Bunu Aztibb.az-a ATU-nun Nevrologiya kafedrasının dosenti Mahirə Məmmədova uşaqlarda yaddaşsızlığın səbəbləri, əlamətləri və diaqnostikasından bəhs edərkən deyib.


Bildirib ki, yaddaş zəifliyi olan uşaq məktəb proqramını yaxşı mənimsəyə bilmir, tez yorulur, dərsdə aldığı informasiya yadında qalmır və bu da məktəb fəaliyyəti ilə bağlı ciddi problemlərə səbəb olur: “Uşaqlarda yaddaşın pozulması məlumat toplamaq və qavramaq qabiliyyətinin olmaması ilə əlaqələndirilir. Bəzən belə bir halla rastlaşırıq ki, uşağı mağazaya göndərdikdə, o nə almaq lazım olduğunu yadına sala bilmir. Yaxud məktəbdə keçirilən dərsləri unudur, mətnlər yadında qalmır, vurma cədvəlini öyrənə bilmir, dərslərdə intizamı pozur”.

 

Uşaqlarda yaddaş zəifliyi bu formalarda görülə bilər: yeni informasiyanı yadda saxlamamaq, öyrənilən materialı tez unutmaq, konsentrasiya və diqqət ilə bağlı çətinliklər, düşüncələri təşkil edə bilməmək və uzunmüddətli yaddaş tələb edən tapşırıqları yerinə yetirməkdə problemlər: “Yaddaş fəaliyyətinə beyin qabığının müəyyən hissələri, beyincik, limbik sistem, əsasən sağ yarımkürənin gicgah hissələri və hippokamp təsir edir. Uşaq həddindən çox yükləndikdə (çoxlu məşğələlərə, dərnəklərə getmək, mobil telefonu lazımsız şəkildə çox istifadə etmək), yuxu pisləşməsinə, yüksək emosional gərginliyə gətirib çıxarır və yaddaş pozulması baş verir”.

 

Həkim yaddaş pozulmasının əsas səbəblərini də qeyd edib:
“Genetik meyllilik, patoloji hamiləlik və doğuş travması, stress və həddindən artıq işləmənin nəticəsi kimi ümumi psixo-fiziki vəziyyət, yoluxucu xəstəliklər (ensefalit, meningit), erkən uşaq yaşında zəhərlənmə, vaksinasiya, kəllə-beyin travmaları, kəskin və xroniki beyin qan dövranı pozulmaları, beyin damarlarının
oterosklerozu və spazmı, inkişaf zəifliyi, intellektual pozulmalar, nitq inkişafı, fiziki fəaliyyətin və yuxunun kifayət qədər olmaması əsas səbəblərdəndir. Yaddaş baş beynin bütün hissələrinin funksional aktivliyi ilə təmin olunur və bura müxtəlif proseslər daxildir. Yadda saxlama və yaxud əksinə unutma, tanımaq və
informasiyanın bərpası. Bu proseslərin hansınınsa pozulması yaddaş defektinə gətirib çıxarır. Yaddaşın itməsi heç də həmişə xəstəliyin əlaməti olmur.
İnformasiya tez dəyişdikdə, yalnız qısamüddətli yaddaş mənimsənilir və bir neçə gün saxlanılır. Məsələn, imtahana hazırlıq dövründə böyük miqdarda məlumat qısa müddət ərzində mənimsənilir və eyni zamanda yaddaşdan tez yox olur. Psixoloji amillər (stress, sinir yorğunluğu, yaxud daimi yorğunluq, az yatmaq) diqqət konsentrasiyasını azaldır və yaddaşı pisləşdirir. Kəllə-beyin travmalarında retrogroid amneziya (travmadan öncə olan hadisələri unutmaq) bir neçə saat ərzində olur. Gicgah payının cərrahi əməliyyatları, epileptik tutmalar yaddaşın müvəqqəti pozulmalarına gətirib çıxarır”.

 

Mahirə xanımın sözlərinə görə, yaddaşın pozulması mərkəzi sinir sisteminin metabolizminin pozulması ilə əlaqədar ola bilər: “Urək-ağciyər çatmamazlığı, qaraciyər və böyrəyin toksiki zədələnməsi zamanı yaddaş pozulmaları oksigen çatmamazlığı nəticəsində əmələ gəlir. Arterial təzyiqin kəskin qalxması, yaxud enməsi, beynin oksigen çatmamazlığı çox vaxt yaddaşın kəskin pisləşməsi ilə müşayiət olunur. Aclıq və şəkərli diabetdə də eyni təsir baş verir. Eləcə də yod çatmamazlığı yaddaşın kəskin pisləşməsi ilə müşayiət olunur. Bəzi dərman preparatları qəbul edən xəstələrdə də yaddaş pozula bilər”.

 

Bütün bunlarla yanaşı, 50 yaşdan sonra diqqəti cəmləmənin zəifləməsi və informasiyanın kodlaşma prosesinin pozulması ilə əlaqədar yaddaş zəifləyir. Əgər yaddaş problemləri yenicə əmələ gəlib və pisləşirsə, yaddaş zəifliyi gündəlik həyata çox təsir edirsə, başqa problemlərlə - yuxu pozulması və yaxud əhvalın dəyişməsi ilə müşayiət olunursa, həkimə müraciət etmək vacibdir: “Diaqnoz qoyarkən ilk öncə yaddaş pozulmasının səbəbini araşdırmaq, yaxşı anamnez toplamaq, xəstəliyin inkişafına diqqət yetirmək, intellekt və koqnitiv funksiyaların qiymətləndirilməsi, yaddaş və diqqət testlərinin, neyropsixoloji testlərin aparılması məsləhətdir. Müxtəlif laborator və instrumental müayinə üsulları, nevroloji statusu qiymətləndirmək çox informativdir. Müayinədə beynin KT və MRT görüntülərindən istifadə edilir. Autoimmun proseslərlə bağlılıq şübhəsi yarandıqda isə, qanda tiroid hormonların və qlükohemoqlobin analizləri edilir”.

 

Həkim yaddaş zəifləməsi ilə bağlı bir sıra tövsiyələr verib: “Təmiz havada müntəzəm fiziki fəaliyyət, normal yuxu rejimini və kifayət qədər yuxu saatını təmin etmək, zəngin qida ilə sağlam pəhriz, uşağın tapşırıqlarına və vaxtının təşkilinə kömək göstərmək. Həmçinin yaddaş pozulmalarının profilaktikasında
oyunlar, tapmacalar və tapşırıqlarla uşağın zehni fəaliyyətini stimullaşdırmaq, oxumaq və öyrənmək üçün uyğun mühit yaratmaq, və eləcə də uşağın emosional rifahını dəstəkləmək lazımdır. Əgər bunlara riayət olunarsa, yaddaş pozulmalarının qarşısını almaq mümkündür”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir