ATU-da təhsil alan türkiyəli tələbələr: "Azərbaycanın insanları da, təbiəti də, mətbəxi də çox gözəldir"  
25.03.2025 11:16

Azərbaycan Tibb Universiteti (ATU) dünyanın müxtəlif ölkələrindən olan gənclərə qucaq açaraq, onları tibbin müxtəlif sahələri üzrə dərin biliklərlə təmin edir.

 

Aztibb.az-ın bu dəfəki qonaqları qardaş Türkiyədən gəlmiş tələbələrdir. Onlar ATU-dakı şəraitdən, təhsil  səviyyəsindən, öz müəllimlərindən, eləcə də Bakıda olmaqdan, milli yeməklərimizdən razılıqla danışıblar.

 

Egehan Arslantürk I Müalicə-profilaktika fakültəsinin 1-ci kursunda oxuyur. Universiteti bir qohumunun məsləhəti ilə seçib: “Ailəm Kuşadasında yaşayır. Qrup nümayəndəsiyəm. Mənim Azərbaycana üz tutmağıma səbəb buranın təkcə qardaş ölkə olması deyil, həm də həkim olmaq arzumla əlaqədar idi. Doğrudur, ilk günlər bir az çətinliklərimiz olsa da, xeyirxah müəllimlərimizin sayəsində aradan qaldıra bildik".

 

Egehan Arslantürk qeyd edib ki, dekan Natiq Bayramov, dekan müavinlərindən Nüşabə İsgəndərova, Elnarə Nəbiyeva, Niyazi Hacızadənin və digər müəllimlərin sayəsində qısa müddətdə Azərbaycana adaptasiya ola bilib: "Azərbaycanlı tələbələrin dəstəyi də çox yerinə düşdü. İstər dərslərimiz, istərsə də hansısa başqa bir sıxıntı ilə üzləşəndə həmişə
azərbaycanlı qardaşlarımın yardımını görmüşəm. Onların qayğısı və isti münasibəti məni duyğulandırıb”.

 

Selin Sena Çinarın ailəsi isə Ankarada yaşayır. O da 1-ci kurs tələbəsidir və qrup nümayəndəsidir: “Ailəmizin Azərbaycandan olan dost-tanışları çoxdur. Qohumlarımızdan da burada yaşayanlar var. Həm də Azərbaycan qardaş ölkə olduğu üçün ali təhsilimi burada almaq istədim. Qərarımı verdim və Azərbaycan Tibb Universitetini seçdim. Doğrudur, ailədən uzaqda yaşamaq çətindir. Amma mən Azərbaycanda özümü sanki evimizdəki kimi hiss edirəm. Dil məsələsində bəzən sıxıntılarımız olanda, müəllimlərimiz ətraflı izah edir, bizi çətinlik çəkməyə qoymurlar. Universitetdə də, ondan kənarda da hara getsək, hər kəs çalışır ki, kömək etsin. Bu olduqca gözəl bir haldır".


Selin ingilis dili bölməsində təhsil alır. O bildirib ki, bu onun təkcə Azərbaycandan deyil, Pakistan və digər ölkələrdən də çoxlu rəfiqələr qazanmağına səbəb olub:
“Bir problem yarandıqda hamımız bir-birimizə kömək edirik. Universitetimiz də güvənlidir. Tələbə yoldaşlarımla yaxşı  münasibətlərim var. Hətta bəzilərinin evlərinə də getmişəm. Bakı təhlükəsiz şəhərdir. Ankarada gecə saat 11-dən sonra
qızlar təkbaşına gəzə bilməz. Amma burada elə bir narahatlıq yoxdur. Nə zaman şəhərə çıxsan, kimsənin səninlə işi olmaz. Bu çox gözəldir. Azərbaycanı seçməyimdən peşman deyiləm”.

Selin Bakının görməli yerlərində olub, Heydər Əliyev Mərkəzinə, Dağüstü Parka baş çəkib: “Dağüstü Parkdan Bakını seyr etmək ruhuma bir dinclik verir. Türkiyədən yanıma gələnlər olanda ora aparıram ki, Bakını seyr edib, heyran qalsınlar”.

 

Həmsöhbətimiz gələcəkdə ya plastik cərrah, ya da dermatoloq olmaq fikrindədir.
Hələ ki qərar verməyib: “Hər dərsə qatıldığımızda yeni şeylər öyrənirik. Ona görə gələcəkdə fikrim dəyişə də bilər”.

 

Daha bir tələbə Muhammed Furkan Han Stomatologiya fakültəsinin 1-ci kursunda oxuyur. O da qrup rəhbəridir. Gələcəkdə implantoloq, üz-çənə cərrahı sahəsində uzman olmaq istəyir.
Muhammed Bakını daha yaxşı tanıyır. Çünki iki ildir Azərbaycandadır: “Universitetin diplomu başqa ölkələrdə tanındığı üçün seçdim. ATU-nu bitirdikdən sonra Almaniyada təhsilimi davam etdirmək niyyətindəyəm. Bizə dərs keçən müəllimlərdən çox razıyam. Hər məsələdə kömək edirlər. Dekanımız, dekan müavinləri hər an yanımızdadırlar. O səbəbdən də özümü burada tənha hiss etmirəm”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır