Professor Gəray Gəraybəyli Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb
19.03.2025 16:39

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşüb.

 

Aztibb.az-a Universitetdən bildirilib ki, görüş zamanı rektor qonağa son illər ATU-da aparılan islahatlar, yenilənmiş tədris proqramları, tələbələrin asudə vaxtının səmərəli keçirilməsi üçün yaradılan şərait, tədris klinikaları haqqında ətraflı məlumat verib. ATU-nun beynəlxalq əlaqələri haqqında danışarkən, professor G.Gəraybəyli qonşu ölkələrin tibb və təhsil ocaqları ilə əməkdaşlığa böyük diqqət yetirildiyini vurğulayıb.

 

Azərbaycan Tibb Universiteti ilə tanışlıqdan məmnunluğunu bildirən səfir İ.Abduraxmon Tacikistanın təhsil və səhiyyə sistemlərindən söz açıb. ATU-nun Tacikistanın aparıcı təhsil və tibb ocaqları ilə qurulan əməkdaşlığının hər iki ölkə üçün uğurlu olacağını deyib.

 

Ortaq layihələrin və digər aktual məsələlərin müzakirə olunduğu görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır