Rektor Gəray Gəraybəyli ATU-nun şəhid ailə üzvləri olan əməkdaşları ilə görüşüb  
20.03.2025 12:47

Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan əməkdaşlar arasında görüş keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, müəssisənin rektoru, professor Gəray Gəraybəyli görüş iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib.

 

Rektor qeyd edib ki, 30 il həsrəti ilə yaşadığımız torpaqlarımız artıq 5-ci ildir ki, Milli Ordumuzun şücaəti, yenilməzliyi sayəsində öz azadlığına qovuşub. Cənab Prezident İlham Əliyevin illərdir apardığı müdrik siyasət nəticəsində yetişən vətənpərvər nəslin nümayəndələri Qarabağın azadlığı yolunda öz canlarından keçiblər. Həmçinin şəhid olan həkimlərimiz sonsuz Vətən sevgisi ilə böyük fədakarlıqlar nümayiş etdiriblər.

 

Azərbaycan xalqının onları heç vaxt unutmayacağını deyən professor G.Gəraybəyli, dövlətimizin hər zaman şəhid ailəsi üzvlərinin və qazilərin yanında olduğunu vurğulayıb.

 

Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov əlavə edib ki, universitetimizin əməkdaşı olan şəhid ailəsi üzvləri rəhbərliyin qayğısı ilə əhatə olunub və onların sosial problemlərini həllinə yardım göstərilməsi daim diqqət mərkəzindədir.

 

Görüşün sonunda rektor G.Gəraybəyli bir daha hər kəsi bayramlar münasibətilə təbrik edib, bütün xalqımıza yalnız xoş günlər nəsib olmasını arzulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib