Əməkdar həkim Cəlil Nəzərov uzun sürən xəstəlikdən sonra vəfat edib  
19.03.2025 12:50
Əməkdar həkim, Masallı Rayon Mərkəzi Xəstəxanası (RMX) Publik Hüquqi şəxsin (PHŞ) sabiq direktoru Cəlil Nəzərov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
 
Aztibb.az xəbər verir ki, o, 69 yaşında dünyasını dəyişib.
 
Cəlil Oruc oğlu Nəzərov 1956-cı ildə Masallı rayonunun Miyankü kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə Masallı RMX-da həkim-uroloq kimi başlayıb.
2003-cü ildən Masallı RMX-nın baş həkimi, 2019-2021-ci illərdə Masallı RMX PHŞ-nın direktoru vəzifələrində çalışıb.
 
O, 2020-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülmüşdü.
 
Allah rəhmət eləsin!
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır