Qazax RMX-nın Cərrahiyyə şöbəsinə yeni müdir təyin edilib - TƏYİNAT
19.03.2025 14:41
Qazax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə müdir təyin edilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Cərrahiyyə şöbəsinin müdiri vəzifəsi Vasif Məmmədova həvalə olunub.
 
Məlumat üçün bildirək ki, Vasif Məmmədov 2010-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində daxil olub.  2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xaricdə təhsili” dövlət proqramı çərçivəsində baza tibb təhsilimin davamını İstanbul Universiteti İstanbul Tibb Fakültəsində (ÇAPA) alıb.
 
O, 2015-2021-ci illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsində Ümumi Cərrahiyyə kafedrasında və daha sonra Türkiyə Cümhuriyyəti Sağlık Bilimləri Universiteti Prof. Cemil Taşçıoğlu Şehir Eğitim və Araşdırma Xəstəxanasında uzmanlıq təhsili alıb. 2021-ci ildən ümumi cərrahiyyə uzmanı adını alıb.
 
Vasif Məmmədov 2021-2023-cü illərdə Bezmialalem Vakıf Universiteti Tibb Fakültəsində həkim-cərrah işləyib. 2023-cü ildə vətənə qayıdaraq 6 ay Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim cərrah olaraq fəaliyyətə başlayıb. Daha sonra Sabunçu Tibb Mərkəzində Əməliyyatxana bölməsinin müdiri vəzifəsində çalışıb. 2024-cü ildən isə Qazax Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır