Nizamsız ürək döyüntüləri ciddi xəstəliklərin xəbərçisi ola bilər
22.03.2025 16:44
Ürək normalda 60-100 döyüntü/dəqiqə tezliyində döyünməlidir. Lakin bəzən ürək döyüntüləriniz normadan fərqli hiss olunur. Bəzən qəfil sürətlənir, dayanırmış kimi olur və ya nizamsız döyünür. Bu, aritmiyadır.
 
Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Həkim qeyd edib ki, nizamsız ürək döyüntüləri bəzən stres, yorğunluq və ya kofein istifadəsi ilə bağlı ola bilər. Amma bəzən ciddi ürək xəstəliklərinin xəbərçisi də ola bilər.
 
"Əgər bu əlamətləri yaşayırsınızsa, diqqətli olun:
Tez-tez və səbəbsiz ürək döyüntüləri hiss edirsiniz;
Sinə nahiyəsində sıxılma, ağrı və ya narahatlıq hissi olur;
Başgicəllənmə və ya huşunu itirmə halları olur;
Səbəbsiz yorğunluq və halsızlıq hiss edirsiniz;
Nəfəs darlığı və ya boğulma hissi yaranır;
Gecə yuxudan qəfil ürək döyüntüsü ilə oyanırsınız".
 
Cabir Gülmalıyev vurğulayıb ki, bu simptomlar ürək ritm pozğunluğu ilə yanaşı ürək çatışmazlığı, hipertoniya, şəkərli diabet və digər xəstəliklərin göstəricisi ola bilər.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır