Gömrük Hospitalında tədbir: "Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri”
17.03.2025 09:25

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, B. Braun şirkətinin dəstəyi ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda respublikanın aparıcı ekspertlərinin görüşü keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d.  Ceyhun Məmmədov Mərkəzi Gömrük Hospitalının böyrək və qaraciyər transplantasiyası əməliyyatlarının sayına görə Azərbaycanda lider olduğunu vurğulayıb. O, həmçinin bu sahədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə uğurlu əməkdaşlıq barədə ətraflı məlumat verib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə 2025-ci ildə Mərkəzi Gömrük Hospitalında meyitdən alınmış (kadavr) qaraciyərin uğurla transplantasiya olunduğunu bildirib. Bu tarixi hadisə Azərbaycanın səhiyyə sahəsində növbəti böyük nailiyyət hesab olunur.

 

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d. Mircəlal Kazımi çıxışında qaraciyər transplantasiyasında anesteziya, əməliyyatdan sonrakı reanimasiya və bərpa proseslərinin əhəmiyyətindən danışıb.

 

Tədbirin moderatorları – Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədri, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini, t.ü.f.d. Zəhra Vəzirova və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova bu ekspert görüşünün aktuallığını vurğulayaraq, Mərkəzi Gömrük Hospitalının qazandığı unikal təcrübənin ölkənin digər klinikalarında tətbiq olunmasının vacibliyini qeyd ediblər.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqları – Rəşad Nəsirli “Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətləri”, Xəyal Məmmədov “Qaraciyər transplantasiyasında əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əməkdaşı Mədinə Quliyeva “Orqan nəqli” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Ekspert müzakirələrində Mərkəzi Gömrük Hospitalının rəisi, t.ü.f.d. Bəxtiyar Musayev, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, ATU-nun II Müalicə-Profilaktika fakültəsinin dekanı, t.ü.f.d., dosent İsrail Məhərrəmbəyli, Mərkəzi Klinik Xəstəxanasının Anesteziologiya-Reanimatologiya şöbəsinin müdiri, t.ü.f.d. Vüqar Abdulkərimov, Kliniki Tibbi Mərkəzin Cərrahi Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanova və digər mütəxəssislər müzakirə olunan mövzular barədə öz fikirlərini bölüşüblər.

 

Tədbirin yekununda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycanda transplantasiyanın inkişafı üçün könüllü donorluq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıb. Tədbir iştirakçıları – ölkənin aparıcı anestezioloq-reanimatoloqları könüllü orqan donoru olmaq üçün razılıq ərizə formalarını imzalayıb, tibb ictimaiyyətini bu təşəbbüsü dəstəkləməyə və təbliğ etməyə çağırıblar.

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır