Mədə xərçənginin yeni müalicə üsulları ömrü uzadır
17.03.2025 14:17

Son illər sürətlə yayılan mədə xərçəngi ölkəmizdə ən çox rast gəlinən xərçənglər arasında 5-ci yerdədir. Lakin erkən diaqnoz üçün heç bir skrininq üsulu olmadığı üçün daha çox inkişaf mərhələsində diaqnoz qoyulan bu məkrli xəstəlik xərçəngdən ölüm hallarının üçüncü səbəbi olub.

 

Aztibb.az "Haber Türkə" istinadən yazır ki, professor Erman Aytaçın sözlərinə görə, son illərdə mədə xərçənginin müalicəsində əhəmiyyətli irəliləyişlərin olub, xüsusilə cərrahiyyə, dərman müalicəsi, immunoterapiya və radioterapiya sahələrində xəstələr üçün daha təsirli və rahat üsulların tətbiq olunmağa başlanılıb: "Artıq mədə xərçəngi əməliyyatında daha minimal invaziv üsullara üstünlük verilir. Bu robot cərrahiyyə sayəsində açıq əməliyyatlara nisbətən daha sürətli sağalma əldə edilir. Böyük kəsiklər etmədən əməliyyatlar etmə imkanımız var və bu üsulu gündəlik praktikamızda getdikcə daha çox istifadə edirik. Bundan əlavə, endoskopik üsullarla çox erkən mərhələdə olan mədə xərçənglərini həm diaqnoz qoymaq, həm də müalicə etmək mümkündür".


Mədə xərçənginin müalicəsində daha bir böyük addımın dərman müalicəsi olduğunu ifadə edən professor müəyyən genetik xüsusiyyətlərə malik mədə xərçənglərində kimyaterapiyadan daha təsirli olan immunoterapiyanın önə çıxdığını vurğulayıb:

 

"İmmunoterapiya orqanizmin immun sistemini aktivləşdirir, şişi daha az yan təsirlə və daha müvəffəqiyyətlə müalicə etməyə imkan verir. Bilirik ki, immunoterapiya xəstələrə xüsusilə cərrahi müalicə ilə yaxın bir şəkildə müalicə imkanı verir. Mədə xərçəngində ən təsirli üsul olan immunoterapiya bəzi xəstələrdə əməliyyata yaxın bir nisbətdə tam sağalma təmin edə bilər, lakin bu üsul hələ də təcrübi bir yanaşma olaraq qəbul edilir."

 

Mədə və qida borusunun qovuşduğu bölgədə xərçənglərin müalicəsində yeni yanaşmaların olduğunu vurğulayan professor bu xəstələrdə əvvəllər kimyaterapiya və radioterapiyanın birlikdə tətbiq edildiyini, lakin yeni araşdırmaların güclü kimyaterapiya ilə radioterapiyasız cərrahiyyənin oxşar nəticə verdiyini göstərdiyini bildirib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb