Gənc şair Həsən Kürün həyatı Sabunçu Tibb Mərkəzində xilas olunub
14.03.2025 14:47

Təxminən 20 gün əvvəl ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilən gənc şair Həsən Kürün həyatı üçün yaranmış təhlükə aradan qalxıb.

 

Aztibb.az-a Sabunçu Tibb Mərkəzindən bildirilib ki, Cərrahi profilli reanimasiya şöbəsində uzun müddət süni tənəffüs aparatında müalicəsi davam etdirilən Həsən Kürün səhhətində həkimlərin səyləri nəticəsində müsbət dinamika müşahidə olunub və o, palataya köçürülüb.

 

Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar alan H.Kür bundan sonra Travmatologiya şöbəsində müalicəsini davam etdirəcək. Onun yaxın günlərdə sol ayağından əməliyyat olunması nəzərdə tutulur.

 

Daimi müşahidə altında olan H.Kürün vəziyyəti stabil qiymətləndirilir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır