Oğuzda maarifləndirici tədbir: "Vərəm xəstəliyi və profilaktikası" 
14.03.2025 15:37

Oğuz rayonunda məktəb kollektivi və şagirdlər arasında "Vərəm xəstəliyi və profilaktikası" mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Oğuz RMX-dan Aztibb.az-a bildirilib ki, tədbir Oğuz rayonu Padar kənd Arzu Əliyev adına tam orta məktəbində, Xaçmaz kənd Mirzə Fətəli Axundov adına tam orta məktəb və Zülfüqar Abışov adına ümumi orta məktəblərdə baş tutub.

 

Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim-ftiziatrı Mərziyyə Lətifova, Padar kənd həkim məntəqəsinin müdiri Aysel Məcidova və Xaçmaz kənd ASM-in həkim pediatrı Vəfa Əliyeva tərəfindən vərəm xəstəliyi və ağırlaşmaları, profilaktik müayinələrin zamanında aparılması, vərəm xəstələri ilə təmasda olanların daim nəzarətdə saxlanılması və Diaskin-Mantu sınağı haqqında geniş məlumat verilib.

 

Müzakirə formatında keçirilən tədbirdə şagird və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, bu istiqamətdə tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır