Əməkdar həkim Namiq Nəbiyev vəfat edib
11.03.2025 13:14

Uzun illər Gəncə səhiyyəsində çalışan Əməkdar həkim Namiq Nəbiyev 69 yaşında dünyasını dəyişib.

 

Aztibb.az xəbər verir ki, Nəbiyev Namiq Mobil oğlu 1956-cı il noyabrın 26-da Gəncə şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun hazırlıq şöbəsini oxuduqdan sonra həmin institutun birinci kursuna daxil olub. 1985-ci ildə Müalicə-profilaktika fakultəsindən məzun olan Namiq Nəbiyev Gəncə şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının terapiya şöbəsində internatura kursu keçib. Növbəti ildə həmin tibb müəssisəsində çağırışçı həkim vəzifəsinə qəbul olunub, 1993-cü ildə baş həkimin müalicə işləri üzrə müavini, 2000-ci ildən isə bu tibb ocağında şöbə müdiri vəzifələrində çalışıb. 2023-cü ildə yaşla əlaqədar təqaüdə çıxıb.

 

Namiq Nəbiyev 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülüb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır