Mərkəzi Gömrük Hospitalında seminar: “Qan və komponentlərinin transfuziyasının aparılması və nəzarət“
10.03.2025 10:06
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Qan və komponentlərinin transfuziyasının aparılması və nəzarət” mövzusunda seminar keçirilib.
 
Bu məlumat Aztibb.az-a Hospitaldan verilib.
 
Bildirilib ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov iştirakçıları seminarda fəal iştirak etməyə dəvət edib, mövzunun həm həkimlər, həm də tibb bacıları üçün son dərəcə aktual olduğunu qeyd edib.
 
Daha sonra Mərkəzi Gömrük Hospitalının Qan Bankının rəisi Gülnar Xəlilova seminarda geniş təqdimatla çıxış edib. Doktor Gülnar Xəlilova qan və komponentlərinin transfuziyası üçün göstərişlər, transfuziya proseduruna hazırlıq, transfuziyadan öncə və onun icra edilməsi zamanı diqqət yetirilməli olan vacib məqamlar və digər məsələlər barədə ətraflı məlumat verib.
 
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır