Naxçıvanda Hemodializ Mərkəzi fəaliyyətə başlayacaq
08.03.2025 10:28

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının təmin edilməsi məqsədilə müasir tibb infrastrukturunun yaradılması üçün ardıcıl tədbirlər görülür. Bu tədbirlər nəticəsində, xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi yardımın daha da yaxşılaşdırılması məqsədilə yaradılan Hemodializ Mərkəzi yaxın zamanlarda fəaliyyətə başlayacaq.

 

Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, pasiyentlərə daha rahat və keyfiyyətli xidmətin göstərilməsi, müasir avadanlıqların alınması məqsədilə müvafiq satınalmalar həyata keçirilib. Belə ki, hemodializ xidmətinin göstərilməsi üçün qurğuya inteqrasiya olunmuş wi-fi və qulaqcıq girişli HD keyfiyyətli televizorları olan 3 idarəetmə mühərrikli hemodializ kresloları, eləcə də ən son texnologiyaya uyğun istehsal olunmuş 33 ədəd hemodializ cihazı alınıb.


Alınan avadanlıqlardan artıq 7 ədədi təhvil verilib, digərlərinin isə təmir işləri yekunlaşdıqdan sonra təhvil verilməsi nəzərdə tutulub. Həmçinin, Hemodializ Mərkəzində osmos cihazları quraşdırılıb. Bu cihaz nəticəsində hemodializ prosesində toksinlərin və artıq maddələrin effektiv şəkildə təmizlənməsi təmin ediləcək və müalicə proseslərinin daha rahat şəkildə həyata keçirilməsinə şərait yaradılacaqdır.
Yeni yaradılan Hemodializ Mərkəzində uşaqların dializ prosesini daha rahat keçirmələri üçün xüsusi bir pediatrik dializ bölməsi də yaradılmışdır. Burada uşaqlara ixtisaslaşmış tibbi yardım göstəriləcəkdir.
Məlumat üçün qeyd edək ki, mərkəzdə aparılan təmir və bərpa işləri artıq yekunlaşmaq üzrədir. Mərkəzin aprel ayının sonlarına doğru istifadəyə verilməsi planlaşdırılır.

 

Bu yenilik, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində atılan mühüm bir addım olmaqla yanaşı, əhalinin sağlamlığının daha etibarlı təminatına xidmət edəcək və yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsində müsbət nəticələrə yol açacaqdır.
Alınan avadanlıqlardan Şərur Rayon Mərkəzi Xəstəxanasına 4 ədəd, Sədərək Rayon Mərkəzi Xəstəxanasına isə 2 ədəd hemodializ cihazı veriləcəkdir. Sədərək Rayon Mərkəzi Xəstəxanasında əvvəllər hemodializ cihazı olmadığı üçün xəstələr müalicə üçün Şərur Rayon Mərkəzi Xəstəxanasına müraciət etmək məcburiyyətində qalırdılar.

 

Yeni təchizatla, digər rayonlarda da xəstəxanalarda hemodializ cihazlarının sayı artırılacaq və yeni bölmələr yaradılacaqdır. Bu, bölgə sakinlərinə daha əlverişli və keyfiyyətli hemodializ xidmətləri göstərilməsini təmin edəcəkdir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər