Uşaqlar evində böyüyən Telman Xipiyev Bakı Sağlamlıq Mərkəzinin yardımı ilə sağlamlığına qovuşub
07.03.2025 10:58
Bakı Sağlamlıq Mərkəzi həkimləri, Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evini ziyarət edərək, uşaqların müayinəsini həyata keçiriblər. 
 
Aztibb.az-a Mərkəzdən verilən məlumata görə, müayinə zamanı Xipiyev Telman adlı uşağın nəfəs alması ilə bağlı problemlər olduğu aşkar edilib.
 
Daha sonra, Telman Bakı Sağlamlıq Mərkəzində tam ətraflı müayinədən keçirilib. Həkimlər Xroniki tonzilit, Adenoidlərin hipertrofiyası 3-cü dərəcə olduğunu müəyyən ediblər. Bu vəziyyət onun nəfəs almağında çətinliklərə səbəb olurdu.
 
Bakı Sağlamlıq Mərkəzi Telman Xipiyevin əməliyyatını öz üzərinə götürərək, ona müvafiq müalicə və əməliyyat prosedurları tətbiq edib. Mərkizimizin həkim otorinolarinqoloqu Turan Nəbizadə tərəfindən əməliyyatın uğurla başa çatması nəticəsində, Telman yenidən sağlamlığına qovuşub və həyat keyfiyyəti yaxşılaşıb.
 
Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov və baş həkim müavini, həkim terapevt Günay İsmayılova əməliyyat sonrası pasiyenti ziyarət ediblər.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır