Şirvanda doğuş prosesi baş tutmuş anaya və yenidoğulmuşa çağırış ünvanında ilkin tibbi yardım göstərilib
07.03.2025 10:02
Şirvan təcili tibbi yardım briqadası tərəfindən doğuş prosesi baş tutmuş anaya və yenidoğulmuşa çağırış ünvanında ilkin tibbi yardım göstərilib.
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Aztibb.az-a bildirilib ki, Şirvan şəhər ərazisindən 24 yaşlı hamilə qadının doğuş səbəbilə çağırış daxil olub və dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
 
Təcili tibbi yardım həkimi Xəyalə Süleymanova tərəfindən 38 həftəlik hamilə olan və doğuş prosesi başlayan şəxsə zəruri tibbi yardımlar göstərilməyə başlanıb. Belə ki, göbək ciyəsi 2 qat dolanmış formada, dəri və selikli qişaları sianozlaşmış və tənəffüs pozğunluğu ilə dünyaya gələn körpəyə təcili müdaxilə edilib, göbək ciyəsi kəsilərək ayrılıb, cift çıxarılıb.
 
Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (cinsi oğlan) Şirvan şəhər Mərkəzi Xəstəxananın Doğum evi şöbəsinə hospitalizasiya olunub.
 
Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib.
 
Ananın müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Cinsi oğlan, çəkisi 2 kq. 900 qr., boyu 49sm. olan körpənin müalicəsi isə Uşaq şöbəsində davam etdirilir. Körpənin də vəziyyəti qənaətbəxşdir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır