Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə Avastin inyeksiyası icra olunub  
06.03.2025 16:31
Tibb müəssisələrində göz xəstəliklərinin müayinə və müalicəsinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülür.
 
Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə gözdə, əsasən, şəkərli diabet xəstəliyi ilə əlaqəli yaranan problemlərin müalicəsində istifadə edilən Avastin inyeksiyası həyata keçirilib.
 
Aztibb.az bu barədə TƏBİB-ə istinadla məlumat verir.
 
Avastin inyeksiyası, xüsusilə diabetik retinopatiya, yaşa bağlı makula degenerasiyası və retinal damar patalogiyalarının müalicəsində geniş tətbiq olunan effektiv terapiya üsuludur. Bu müalicə metodu torlu qişada patoloji damarların proliferasiyasını və ekstravazasiya nəticəsində yaranan ödemi azaldaraq, xəstələrin görmə funksiyasının qorunmasına və vizual reabilitasiyasına mühüm töhfə verir.
 
Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz xəstəliklərinin müayinə və müalicəsinin inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Bura müasir oftalmoloji avadanlıqlarla təchiz edilib, oftalmoloji kabinet avtorefraktometr, optik linza dəsti, proyektor və biomikroskop kimi yüksək texnologiyalı tibbi avadanlıqlarla təmin olunub. 2022-ci ildən tibb müəssisəsində kiçik göz əməliyyatlarının, 2024-cü ildən isə katarakta əməliyyatlarının icrasına başlanılıb.
 
Qeyd edək ki, Qobustan Rayon Mərkəzi Xəstəxanası da daxil olmaqla, TƏBİB tabeli bütün tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən göz xəstəliklərinin müayinə və müalicəsi ödənişsiz qarşılanır.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub