ATU-nun rektoru Ali Attestasiya Komissiyasının nümayəndələri ilə görüşüb  
06.03.2025 11:45

Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndələri ilə görüş keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, görüşdə Dissertasiya şuralarının fəaliyyəti, müdafiələrin təşkili prosedurları, bu sahədə keyfiyyətin artırılması üçün qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi ali təhsil ocağının ölkəmizdə elmi potensialın inkişafına xidmət göstərən Ali Attestasiya Komissiyası ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. Rektor universitetdə doktorant və dissertantlarla işin təşkili, tədqiqat işlərinin aparılmasında onlara göstərilən yardım və digər məsələlər haqqında danışıb. Professor G.Gəraybəyli bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıb, ATU ilə Ali Attestasiya Komissiyası arasında qarşılıqlı əməkdaşlığın alimlərin elmi tədqiqatlarının səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə inandığını bildirib.

 

Universitetin prorektoru, professor Məlahət Sultan ATu-da doktorant və dissertantlarla işin təşkili, tədqiqat işlərinin aparılması, müdafiələrin təşkili sahəsində görülən işlər haqqında  məlumatarı bölüşüb.

 

Görüşdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Professor Nigar Ağayeva, həmin qurumjun Tibb və Əczaçılıq elmləri üzrə Ekspert Şurasının sədri Professor Kamran Musayev çıxış ediblər. Ali Attestasiya  Komissiyasının fəaliyyətinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər, elmi adların, elmi dərəcələrin verilməsi üzrə proses, dissertasiyaya dair tələblər, elmi tədqiqatların nəticələrinin nəşri prosesi və s. haqqında məlumat verilib.

 

Görüşdə Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən dissertasiya şuralarının sədrləri və elmi kətibləri, elmi seminarların sədrləri və problem komissiyalarının sədrləri də iştirak ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır