ATU-da Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı yarışlar keçirilib  
06.03.2025 08:39

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris İdman Kompleksində Bakı şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayon gənclər və idman sektoru və ATU-nun “Təbib” idman klubunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş dama (oğlanlar və qızlar) və 3x3 basketbol (oğlanlar) üzrə yarışlar keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, dama yarışları qarışıq formada məşqçi-müəllim Kübra Bacaraninin rəhbərliyi ilə təşkil olunub. Turnirdə 22 oğlan və 6 qız olmaqla, ümumilikdə 28 tələbə iştirak edib. 7 turdan ibarət mübarizənin nəticələrinə görə oğlanlar arasında Zaur Balayev I, Cəfər Məmmədzadə II, Elşən Yunisov III, qızlar arasında Aynur Alməmmədova I, Fatimə Hüseynova II, Jalə Məmmədli III yerə layiq görülüb.

3x3 basketbol yarışlarında isə dörd ali təhsil müəssisəsindən 6 komanda, ümumilikdə 24 tələbə mübarizə aparıb. Məşqçi-müəllim Sevinc İsayevanın rəhbərliyi ilə keçən gərgin oyunlardan sonra qaliblər müəyyənləşib.

 

Rəqiblərinə qalib gələn Bakı Dövlət Universiteti I, Azərbaycan Tibb Universiteti II, Azərbaycan Dillər Universitetinin komandası III, Bakı Slavyan Universiteti isə IV yeri tutub.

 

Yarışların bağlanış mərasimində Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri Rauf İsgəndərov və Emin Hüseynov, Bakı şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sirac Axundov və Azərbaycan Tibb Universitetinin “Təbib” idman klubunun sədri Qələndər Aslanov qalibləri kubok, medal və diplomlarla təltif edib, onlara növbəti yarışlarda uğurlar arzulayıblar. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır