Bu gün Ümumdünya Qlaukoma ilə Mübarizə Günüdür  
06.03.2025 11:34

Martın 6-da dünyanın bir sıra ölkələrində Ümumdünya Qlaukoma ilə Mübarizə Günü kimi qeyd olunur.

 

Aztibb.az xəbər verir ki, Qlaukoma ilə Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.

 

Gözdaxili təzyiqin artması ilə səciyyələnən qlaukoma ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərdən biridir. Bu xəstəliyə el arasında “qara su” xəstəliyi də deyirlər. Xəstəlik əvvəlcə simptomsuz başlasa da, vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır. Qlaukoma nəticəsində itirilən görmə qabiliyyəti bərpa olunmur. Həkimlərin fikrincə, qlaukoma 60-dan artıq patologiya nəticəsində yaranır və vaxtında müalicə olunmadıqda sonu korluqla bitən xəstəliklərə səbəb olur.

 

Qlaukoma xəstəliyi hər yaşda yarana bilər, lakin 40 yaşdan sonra onun yayılmasına daha çox rast gəlinir. Statistikaya görə, dünyada 107 milyondan artıq qlaukoma xəstəsi var və onlardan demək olar ki, hər beşindən biri göz nurunu tamamilə itirir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır