Azərbaycan Tibb Universitetinin rektoru: “30 illik həsrətə son qoyuldu”
11.11.2020 14:32
30 illik həsrətdən sonra arzularımız çin oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində bizim ərazilərdə qurduqları istehkamları darmadağın edərək, cəsarətlə irəlilədi, mənfur düşmənin zəbt etdiyi torpaqları qarış-qarış qaytardı.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib. 
 
O, qeyd edib ki, uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızın hamısının, hər bir kəndimizin, hər bir yaşayış məntəqəmizin üzərində tezliklə, çox tezliklə Azərbaycan bayrağı dalğalanacaq:
 
"Azərbaycan Ordusu və xalqımız məhz Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə bu zəfərə imza ata bildi. Yaşasın Ali Baş Komandan, eşq olsun Azərbaycan ordusuna! Bu qələbə uğrunda canını qoyan şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət, yaralanan əsgərlərimizə isə şəfa diləyirəm!
 
Ölkə prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Bu, bizim tarixi qələbəmizdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub