“Psixi Sağlamlıq Forumu” keçirilib
04.03.2025 19:27

TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramı ilə əməkdaşlıq çərçivəsində Yeni Klinikada “Psixi Sağlamlıq Forumu” keçirilib.

 

Aztibb.az TƏBİB-ə istinadla bildirir ki, Forumun əsas məqsədi psixoloqların elektron qeydiyyat sisteminin təşkilinə dair məlumatların təqdim edilməsi olub.

 

Tədbirdə Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı İlham Məmmədov, İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktor müavini, direktor əvəzi Kəmalə Məmmədzadə, TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Nərgiz Hacıyeva və digər şəxslər iştirak ediblər.

 

Yeniliklər haqqında məlumat verən İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova bildirib ki, proqram çərçivəsində bu sahədə fəaliyyət göstərən hər bir mütəxəssis üçün elektron kabinet açılacaq və bu siyahıya TƏBİB tərəfindən nəzarət olunacaq. O əlavə edib ki, hazırda İDDO Psixi Sağlamlıq Proqramının "E-TƏBİB" elektron bazasına inteqrasiya olunması üçün işlər davam edir.

 

İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli isə qeyd edib ki, psixoloqların elektron bazasının formalaşması sistemi peşəkar mütəxəssislərin cəmiyyətə inteqrasiyasına və vətəndaşlara düzgün psixoloji xidmətin göstərilməsinə zəmin yaradacaq.

 

Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə çıxışında psixoloji sağlamlıq sahəsinin təcrübədə müxtəlif problemlərlə müşayiət olunduğunu və bu istiqamətdə dəstəyə ehtiyac duyulduğunu bildirib. O, bu sahədə çalışan mütəxəssislərin qeydiyyatının aparılmasının, mövcud qanunvericilik çərçivəsində bu mövzunun müzakirəsinin həm mütəxəssislər, həm də xidmətə ehtiyacı olan şəxslər üçün vacib olduğunu vurğulayıb.

 

TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Nərgiz Hacıyeva psixi sağlamlıq sahəsində həyata keçirilən tədbirlərdən danışıb. O, hazırda TƏBİB-in müəssisələrində yaşlı şəxslərin və uşaqların psixi sağlamlığının təşkilinə xüsusi diqqət yetirildiyini, 100-dən çox tibb müəssisəsində psixoloqların fəaliyyət göstərdiyini bildirib. Nərgiz Hacıyeva, həmçinin qısa müddətdə Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində məktəblərdə abituriyentlər üçün psixoloji yardımın təşkil olunacağını qeyd edib.

 

Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev psixoloji yardımın cəmiyyət üçün vacib olduğunu və bu sahədə ümumi bazanın formalaşdırılmasının əhəmiyyətini qeyd edib.

 

Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktor müavini, direktor əvəzi Kəmalə Məmmədzadə və Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək forumun əhəmiyyətindən danışıblar.

 

Forum çərçivəsində psixi sağlamlıq sahəsində aktual məsələlər müzakirə edilib və bu sahədə həyata keçiriləcək yeniliklər barədə geniş məlumat verilib.

 

Qeyd edək ki, tədbirdə TƏBİB tabeli tibb müəssisələrindən 30-a yaxın psixoloq, psixoloji və nitq inkişaf mərkəzlərinin rəhbərləri, bir sıra universitetlərin müəllim və professor heyəti, 2 saylı Psixiatriya Xəstəxanası və Respublika Psixiatriya Xəstəxanasının baş həkimləri, həmçinin psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır