Elmi simpozium: “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə"
29.06.2024 16:45

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Azərbaycan Toksikoloqlar Dərnəyinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə toksikologiya üzrə “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib.

 

Bu məlumat Aztibb.az-a Gömrük Hospitalından verilib.

 

Simpoziumun rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov çıxış edərək tədbir iştirakçılarını salamlayıblar.

 

AR Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Azərbaycanda zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması kimi problemin aktual olduğunu qeyd edərək, 30 il işğal altında olan torpaqların baxımsız qaldığını, yaşayış olmadığını vurğulayaraq, hazırda burada quruculuq işlərinin aparılmasından, məcburi köçkünlər öz doğma yudrlarına qayıtmasından danışaraq, bununla əlaqədar həmin regionlarda xüsusilə də, yay aylarında ilanların, hörümçəklərin, əqrəblərin, zərərli həşəratların çoxaldığını bildirib. Həmçinin, İdarə rəisi Ceyhun Məmmədov bununla əlaqədar insanların maarifləndirilməsi məqsədilə çap edilmiş “Zəhərli ilanların, hörümçəklərinin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsait haqqında məlumat verib.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsaitin əhəmiyyətindən danışaraq, bu kitabdan böyük bir tirajla təkcə kitabxanalarda deyil, məktəblərdə də tədrisin bir hissəsi olaraq müxtəlif formalarda istifadə edilməsinin önəmini vurğulayıb. O, qeyd edib ki, ölkəmizdə hazırda bu vəsait həm ölkə vətəndaşları üçün, həm də səhiyyə işçiləri üçün çox vacib məlumatları ehtiva edir.

 

Simpoziumda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent, tibb xidməti polkovnik-leytenantı, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri İsmayıl Əfəndiyev “Zəhərli ilan sancmaları zamanı diaqnostika, təxirəsalınmaz yardım və müalicə əleyhinə zərdabın istifadəsinə göstərişlər, ilan sancmalarının profilaktikası. İlan zəhəri əleyhinə zərdabın istifadəsinə göstərişlər, ilan sancmalarının profilaktikası”, Mərkəzi Gömrük Hospitalının Təcili Yardım həkimi Leyla Fətullayeva “Əqrəblərin zəhəri ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım və müalicə” mövzularında məruzələr ediblər. Simpozium müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçirilib.

 

Tədbirdə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, terapevt, toksikoloq, allerqoloq və dermatoveneroloqlar və rezidentlər iştirak ediblər.

 

Elmi simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır