Nikel oksidi nanohissəciklərinin nanokompozitlərin strukturuna təsir xüsusiyyəti tədqiq edilib  
28.06.2024 09:06

AR Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Nüşabə Qurbanova və laboratoriyanın elmi işçisi Nurlanə Mirzəyevanın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Bakı Dövlət Universitetindən olan həmkarları ilə birlikdə həmmüəllifi olduqları məqalə “Journal of Elastomers & Plastics” jurnalında (2024, vol.56, No 4) dərc olunub.

 

Bu barədə Aztibb.az-a institutdan məlumat verilib.

Nikel oksidi nanohissəciklərinin yüksək təzyiqli polietilenlə çoxdivarlı karbon nanoborusu əsasında hazırlanan nanokompozitlərin strukturuna və xassələrinə təsiri" adlı məqalədə müəlliflər tərəfindən yüksək təzyiqli polietilenlə çoxdivarlı karbon nanoborusu əsasında nikel oksid tərkibli nanokompozitlərin alınmasından, metal nanohissəciklərinin kompozitin struktur və xassələrinə təsirindən bəhs edilir. Alınan kompozitlərin fiziki-mexaniki, istilikfiziki və termiki xassələri DTA və AFM analiz üsullarından istifadə edilməklə tədqiq edilib.

 

Qeyd edək ki, Web of Science, SCOPUS kimi bazalara daxil olan jurnal 1.8 impakt faktora malikdir və Q3 kateqoriyasındadır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Professor Gəray Gəraybəyli Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi ilə görüşüb
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Tibb Bacıları Günü münasibətilə tədbir keçirilib
 Mərkəzi Gömrük Hospitalının həkimləri professor Hikmət Əlizadəni kliniki ölümdən xilas edib   
Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti ilə görüşüb
Uşaqlıq boynu xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında kolposkopiyanın rolu
Pirallahı Tibb Mərkəzi tərəfindən Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan velomarafon təşkil edilib
 “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib   
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
Protein sağlam qalmaq üçün vacib qida maddəsidir - Fərhad Burzu
Diaqnoz Tibb Mərkəzinin radioloqu Çində beynəlxalq konfransda iştirak edib
Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
 Mərkəzi Gömrük Hospitalının həkimi Hong Kongda baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu barədə çıxış edib   
Səhiyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı müzakirələr aparılıb
Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün ödənişsiz göz əməliyyatları
Mina partlayışından ağır zədə alan pasiyentin üzündə mürəkkəb rekonstruktiv-plastik əməliyyat aparılıb