Yeni Klinikada ilk: Sinə sümüyü kəsilmədən açıq ürək əməliyyatı icra olunub  
27.06.2024 14:17
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın ürək-damar cərrahları tərəfindən ilk dəfə sinə sümüyü kəsilmədən açıq ürək əməliyyatı icra olunub.
 
Aztibb.az-a Klinikadan bildirilib ki, tibb müəssisəsinə müraciət edən 35 yaşlı xanım xəstədə anadangəlmə ürək qüsuru - geniş sekundum ASD tipli qulaqcıqlararası çəpər defekti aşkarlanaraq əməliyyat qərarı verilib.
 
Əməliyyat ürək-damar cərrahı Mətin Hadizadə və Əlizamin Yusifli tərəfindən sinə sümüyü kəsilmədən, kiçik kəsiklə qabırğaarası sahədən daxil olaraq icra edilib, anadangəlmə qüsur xüsusi yama vasitəsi ilə bərpa olunub.
 
Uğurlu əməliyyat sonrası bir neçə gün stasionar müalicə alan xəstə daha sonra ambulator müalicə üçün evə yola salınıb.
 
Qeyd edək ki, sinə sümüyü kəsilmədən icra olunan əməliyyatların bir sıra üstünlükləri var. Ən əsası sinə sümüyü kəsilmədiyi və kiçik kəsiklə icra olunduğu üçün həm kosmetik defekt kiçik olur, həm də əməliyyatdan sonra sümük bitişməsi üçün lazım olan 1 aylıq reabilitasiya dövrünə ehtiyac qalmır. Eyni zamanda hərəkət məhdudiyyəti olmamaqla yanaşı, əməliyyat sonrası ağrılar minimuma enmiş olur.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir