Dağıstan vətəndaşı Abşeron Rayon Mərkəzi Xəstəxanasında uğurla əməliyyat olunub
27.06.2024 09:40
Abşeron Rayon Mərkəzi Xəstəxanasında nəinki ölkə vətəndaşlarına, hətta xarici vətəndaşlara da yüksək səviyyədə tibbi xidmət göstərilir və məmnunluq səviyyəsinin yüksəldilməsi üçün xəstəxananın işçi qrupu səylə çalışır.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, 13.06.2024-cü il tarixində saat 17:50-də avtomobil qəzası nəticəsində 60 yaşlı (kişi cinsli) Dağıstan vətəndaşı Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Xəsarət alan şəxs üzərində müayinələr aparılıb və sağ bud sümüyünün çoxsaylı sınığı, hər iki tərəfdən qabırğaların çoxsaylı sınığı, postravmatik hemopnevmotoraks diaqnozu təyin edilib.
 
Xəstəxananın Neyrotravma şöbəsinin müdiri Cavid Musazadə tərəfindən sağ bud sümüyünün daxili fiksasiya ilə açıq osteosintezi əməliyyatı icra edilib və əməliyyat uğurla nəticələnib.
 
Pasiyent yaradılan şəraitə görə rəhbər şəxslərə, sağlamlığına qovuşduğuna görə həkim-travmatoloq Cavid Musazadəyə, bütün tibb kollektivinə təşəkkürünü bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır