İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21.06.2024 13:02
İcbari tibbi sığorta hesabına histerektomiya – uşaqlığın çıxarılması əməliyyatı ödənişsiz həyata keçirilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Aztibb.az-a verilən məlumata görə, 2022-ci ildən 2024-cü ilin ilk 4 ayını əhatə edən dövr ərzində icbari tibbi sığorta hesabına 13 250 histerektomiya əməliyyatı icra olunub.
Gecikmiş reproduktiv və premenopauzal dövrlərdə uşaqlığın mioması, müalicəyə tabe olmayan uşaqlıq qanaxmaları, endometrioz (uşaqlığın daxili təbəqəsi), hamiləlik və doğuş vaxtı uşaqlığın zərər görməsi, uşaqlıq boynu xərçəngi əməliyyat üçün göstəriş hesab edilir. Xüsusilə uşaqlıq və ya yumurtalıq xərçəngi olan xəstələrdə bu əməliyyatın aparılması zəruri hal alır ki, bu da xəstəliyin ciddi fəsadlara yol açmasının qarşısını almağa köməklik göstərir. Bu əməliyyat laparoskopik, abdominal və vaginal üsullarla aparılır.
Laparoskopik histerektomiya qarın boşluğunda çox kiçik dəliklər açmaqla, abdominal histerektomiya açıq kəsiklə, vaginal histerektomiya isə uşaqlıq yolunun yuxarı hissəsindən aparılan kəsik vasitəsilə icra olunur. Xəstəliyin növündən və mərhələsindən asılı olaraq müvafiq üsul ixtisaslaşmış həkim tərəfindən təyin edilir.
Qeyd edək ki, uşaqlıq yolunda patoloji dəyişiklikləri erkən mərhələdə aşkarlamaq məqsədilə HPV testi (İnsan papilloma virusu), Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), USM, rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya kimi diaqnostik müayinələr icbari tibbi sığorta təminatına daxildir. Bundan əlavə, patoloji dəyişikliklərə şübhə olduqda uşaqlıq boynunun biopsiyası və götürülən materialın histoloji müayinəsi də ödənişsiz şəkildə aparılır.
Sözügedən tibbi xidmətlə bağlı ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, o cümlədən, yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri icbari tibbi sığorta tərəfindən qarşılanır.
Histerektomiya əməliyyatının müddəti əməliyyatın aparılma səbəbindən asılı olaraq dəyişsə də, ortalama 1-3 saat davam edir. Histerektomiya əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarında həkim göstərişi əsasında icra olunur.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

