Qəbələdə nəqliyyat hadisəsi nəticəsində xəsarət alan xarici vətəndaşların vəziyyəti açıqlanıb
19.06.2024 07:48

Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-qəza hadisəsi nəticəsində 5 (hər biri qadın cinsli) xarici vətəndaş xəsarət alıb.

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzindən Aztibb.az-a bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb.

 

Digər 4 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxsə açıq kəllə-beyin travması, beyindaxili qansızma, subtural hemafoma, soltərəfli pnevmohemotoraks, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kritik-ağır olaraq qiymətləndirilir.

 

1968-ci il təvəllüdlü şəxsə sağ dirsək və sol diz nahiyələrinin sıyrıqları, 1998-ci il təvəllüdlü şəxsə sol çiyin qurşağı əzilməsi, sol alın dərialtı hemafoma, 2002-ci il təvəllüdlü şəxsə isə sol alın nahiyyəsinin səthi travması diaqnozu təyin olunub, vəziyyətləri orta-kafi olaraq qiymətləndirilən şəxslərin hər birinə Təcili tibbi yardım şöbəsində zəruri instrumental-diaqnostik müayinələr təyin olunub və tibbi xidmətlər göstərilib. Artıq ambulator müalicə üçün evə buraxılıblar.

 

Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxs isə Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in birgə səyi nəticəsində 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım və 1 yerli həkim briqadasının nəzarəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib.

 

Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin hemodinamik göstəricilərini nəzarətdə saxlayıb.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır