Azərbaycan ortodontları xarici kolleqaları ilə öz təcrübələrini paylaşıb  
10.06.2024 17:06

ATU-nun Ortodontiya kafedrasının əməkdaşları Bakıda keçirilən Azərbaycan Ortodontlarının 1-ci Beynəlxalq Konqresində iştirak ediblər. 

 

Aztibb.az-a ATU-dan bildirilikb ki, Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyəti və Azərbaycan Ortodontlar Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan konqresdə dünyanın müxtəlif ölkələrindən gələn tanınmış professorların və yerli lektorların çıxışları dinlənilib.

 

Ortodontiya kafedrasının müdiri tibb elmləri doktoru, dosent Ramidə Şadlinskaya və tibb elmləri doktoru, dosent Zaur Novruzovun məruzələri də konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Üç gün müddətində davam edən konqresdə müasir ortodontiyada müxtəlif multidistiplinar yanaşmalar, gicgah-çənə oynağı faktorunun vacibliyi, müvəqqəti dayaq cihazlarının tətbiqi, üz-kəllə anomaliyaları zamanı ortoqnatik cərrahiyyənin xüsusiyyətlərinə aid mövzular müzakirə olunub.  Azərbaycan ortodontları xarici kolleqaları ilə öz təcrübələrini paylaşıb və yeni müalicə üsulları haqqında fikir mübadiləsi aparıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır