Yəməndə 6 ayda 63 min vəba hadisəsi qeydə alınıb
10.06.2024 15:04

Sərhədsiz Həkimlər Təşkilatı (MSF) 2024-cü ilin əvvəlindən Yəməndə 63 mindən çox vəba xəstəliyinin müşahidə edildiyini açıqlayıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, MSF-nin verdiyi yazılı açıqlamada, Yəmənin 20 şəhərində vəba xəstəliyində ciddi artım olduğu bildirilib.

 

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ilin əvvəlindən mayın 31-dək ölkədə 63 mindən çox vəbaya yoluxma qeydə alınıb.

 

Təxminən 10 ildir davam edən vətəndaş müharibəsi səbəbindən Yəmən humanitar şərait və səhiyyə baxımından dünyanın ən pis böhranlarından birini yaşamağa davam edir.

 

Müharibə səbəbiylə ölkədə bir çox epidemik xəstəlik yayılsa da, 2024-cü ilin əvvəlindən vəba xəstəliyində ciddi artım müşahidə olunur.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, Yəməndə səhiyyə müəssisələrinin yalnız 51 faizi tam fəaliyyət göstərir və 36 faizi məhdud xidmət göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır