KTM-də gözyaşı kanalı tıxanıqlığı əməliyyatı uğurla icra edilib  
07.06.2024 12:41
Artıq oftalmoloji əməliyyatların da həyata keçirildiyi TƏBİB tabeliyindəki Kliniki Tibbi Mərkəzdə (KTM) Eksternal DSR əməliyyatı icra edilib.
 
Aztibb.az-a Mərkəzdən verilən xəbərə görə, KTM-in uzman oftalmoloq-cərrahı Gülnar Sultanova tərəfindən həyata keçirilən əməliyyat oftalmoloq həkim Fəridə Bağırova və anestezioloq-reanimatoloq Natiq Allahverdiyevin də iştirakı ilə uğurla icra edilib. Əməliyyatdan sonra xəstədə hansısa narahatlıq müşahidə edilməyib.
 
Qeyd edək ki, Eksternal DSR gözyaşı kanalı tıxanıqlığı və xroniki dakriosistit diaqnozu qoyulan xəstələrə icra olunan əməliyyatdır.
 
Uzman oftalmoloq-cərrah Gülnar Sultanova qeyd edib ki, əməliyyat zamanı burun sümüyündən dəlik açılaraq göz yaşı kanalına yeni bir yol açılır. Burundan üst və alt gözyaşı dəliklərindən silikon tüp keçirilərək burunda bağlanılır və əməliyyat sonlandırılır. Əməliyyat ümumi anesteziya ilə icra olunur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama