MBBİ-də elmi seminar: “Nanohissəciklərin biotibbdə istifadəsi”
06.06.2024 09:26

Türkiyənin Mardin Artuklu Universitetinin professoru Cumalı Keskin AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) qonağı olub.

 

Bu barədə məlumat Aztibb.az-a İnstitutdan verilib.

 

Alim MBBİ-nin laboratoriyaları ilə tanış olub, aparılan elmi tədqiqat işləri haqqında ətraflı məlumat alıb.

 

Daha sonra prof. Cumalı Keskinin iştirakı ilə “Nanohissəciklərin biotibbdə istifadəsi” mövzusunda elmi seminar keçirilib.

 

Seminarda, həmçinin Bakı Dövlət Universitetinin əməkdaşları - fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, Biologiya fakültəsinin dekan müavini b.ü.f.d. Səbinə Ömərova və b.ü.f.d. Aygün Nəsirova iştirak ediblər. Türkiyəli alim nanohissəciklərin tədqiqi sahəsində aparılan işlərdən danışıb.

 

Prof. Cumalı Keskin qeyd edib ki, hazırda çox sayda müxtəlif ölçüdə nanohissəciklərin alınma üsulları işlənilib və çoxsaylı tətbiq sahələri mövcuddur. Nanohissəciklərin biotibbdə, xərçəng xəstəliyinin müalicəsində, toxumaların bərpasında istifadə olunması yolları sahəsində intensiv elmi tədqiqatlar aparılır. Prof. Cumalı Keskinin çıxışı böyük maraqla qarşılanıb.

 

Çıxış ətrafında müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.

 

Seminarın sonunda AMEA-nın vitse-prezidenti, MBBİ-nin baş direktoru akademik İradə Hüseynova qonağa maraqlı çıxışı üçün təşəkkür edib və bu sahədə institutlar arasında gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır