Tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyev İtaliyada beynəlxalq konfransda çıxış edib
05.06.2024 13:56
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d. Sədi Allahverdiyev İtaliyanın Salerno şəhərində keçirilən “GynItaly 2024” beynəlxalq ginekoloji konfransında iştirak edib.
 
Hospitaldan Aztibb.az-a verilən məlumata görə, o, konfransda “Keysəriyyə çapıq hamiləliyi. İntraarterial metotreksat yeridilməsi ilə uşaqlıq arteriyaları embolizasiyası. Döl kisənin PlazmoKinetik bipolyar rezektoskopla xaric edilməsi” mövzusunda təqdimatla çıxış edib.
 
Azırbaycanlı həkimin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında diskussiyalar aparılıb.
 
Tədbirdə Azərbaycan mama-ginekoloqları 50 nəfərdən çox olan  heyətlə təmsil olunub. Azərbaycanlı həkimlər 10 video və oral prezentasiyalarla müxtəlif panellərdə çıxış ediblər.
 
Dünyanın 67 ölkəsindən 1035 mütəxəssisin iştirak etdiyi, endovizual cərrahiyyənin ən son yeniliklərinə həsr edilmiş bu konfrans həm endoskopik cərrahiyyədə yenilikləri öyrənmək, həm də ölkəmizi xaricdə tanıtmaq baxımından əlverişli olub.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır