Yeni klinikada daha bir ağır əməliyyat uğurla icra edilib  
05.06.2024 09:40
Yeni Klinikanın Ürək-damar cərrahiyyəsi şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində eyni anda həm mitral qapaq, həm də aorta qapağın mexanik protez qapaqla dəyişdirilməsi əməliyyatı icra edilib.
 
Bu barədə Aztibb.az-a Yeni Klinikadan xəbər verilib.
 
Bildirilib ki, müəssisəyə ciddi təngnəfəslik, boğulma şikayətləri ilə müraciət etmiş 47 yaşlı kişi xəstənin ürəyinin iki qapağında (aortal və mitral) ciddi çatışmazlıq aşkarlanıb.
 
İlkin müayinələrdən sonra stasionar şöbəyə qəbul edilən xəstənin müalicəsinə başlanılıb. Xəstəni ətraflı müayinə edən ürək-damar cərrahları tərəfindən əməliyyat qərarı verilib.
 
Eyni anda ürək üzərində 2 mürəkkəb əməliyyat planlanan xəstədə ürək-damar cərrahları Mətin Hadizadə və Əlizamin Yusifli tərəfindən həm mitral qapaq, həm də aorta qapaq mexanik protez qapaqla dəyişdirilib.
 
Uğurlu əməliyyat sonrası 2 gün Reanimasiya şöbəsində diqqətdə saxlanılan xəstə 6 günlük stasionar müalicədən sonra ambulator müalicə üçün evə yazılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır